İtaliyada karantin müddəti uzadılıb

İtaliyada karantin müddəti uzadılıb
07:37 11 Aprel 2020
247 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyada koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin və məhdudlaşdırıcı tədbirlərin müddəti mayın 3-dək uzadılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu mətbuat konfransı zamanı ölkənin baş naziri Cuzeppe Konte deyib.

Baş nazir bildirib: "Biz məhdudlaşdırıcı tədbiləri mayın 3-dək uzadacayıq. Bu qərar asan deyil, lakin zəruridir. Əgər biz indi təslim olsaq, hər şeyin yenidən başlaması təhlükəsi var".

C.Konte qeyd edib ki, karantin səbəbilə bağlanan müəssisələrin fəaliyyəti təyin olunan müddətdən tez bərpa edilə bilər: "Biz mayın 3-dən tədricən istehsal və ticarət fəaliyyətinə başlayacağımıza ümid edirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/840909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR