ABŞ vətəndaşlarını aparmaqdan imtina edən ölkələri hədələdi – Sanksiyalar gözlənilir

ABŞ vətəndaşlarını aparmaqdan imtina edən ölkələri hədələdi –  Sanksiyalar gözlənilir
08:17 11 Aprel 2020
241 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp pandemiya şəraitində ABŞ-dan vətəndaşlarının qayıtmasına mane olan və ya bu prosesi uzadan ölkələrə qarşı viza sanksiyaları barədə qərar imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

Qərarda bildirilir: "Birləşmiş Ştatlarda olan vətəndaşlarının, təbəələrinin və ya rezidentlərinin SARS-CoV-2 (koronavirus) səbəbilə davam edən pandemiya şəraitində qəbul etməyən və ya əsassız olaraq qəbul prosesini gecikdirən ölkələr amerikalılar üçün ictimai sağlamlıq sahəsində qəbuledilməz təhlükə yaradırlar. Birləşmiş Ştatların ölkə qanunlarını pozan xarici vətəndaşları və təbəələri geri qaytarmağa imkanı olmalıdır".

D.Trampın tapşırığına əsasən, ABŞ-ın daxili təhlükəsizlik naziri belə ölkələrin siyahısını dövlət katibinə təqdim etməlidir. Dövlət katibi isə öz növbəsində siyahını aldıqdan sonra 7 gündən gec olmayaraq, viza sanksiyalarının tətbiqi planını həyata keçirməyə başlamalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/840913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR