Mütəxəssislər koronavirus dövründə olan ən məşhur kiberhücum növlərindən xəbər veriblər

Mütəxəssislər koronavirus dövründə olan ən məşhur kiberhücum növlərindən xəbər veriblər
08:37 11 Aprel 2020
201 Maraqlı
Ölkə mətbuatı
A- A+

Trend Micro Incorporated şirkəti koronavirus pandemiyası dövründə olan kibertəhlükələr üzrə yeni hesabatı təqdim edib. Mütəxəssislər, hal hazırda olan qlobal vəziyyətdən istifadə edərək zərərli proqram təminatlarının yayılmasında iştirak edən kibercinayətkarların aktivliklərinin və həmçinin istifadəçilər ilə kommersiya müəssisələrinə kiberhücumların saylarının artdığını qeyd ediblər. Bu barədə 4pda saytı xəbər verib. Trend Micro şirkəti öz hesabatında ən çox reallaşdırılan 3 kiberhücum növünü qeyd edib.

    Hackerlər həçmin kiberhücumları koronavirus barəsində vacib məlummatın yayılması adı ilə reallaşdırırlar. Beləliklə həmin kiberhücum növləri bunlardır: Spam (65.7%), troyanlar və pul oğurlayan xüsusi tətbiqlər də daxil olmaqla zərərli proqram təminatı vasitəsilə olan kiberhücumlar (26.8%) və zərərli URL ilə saytlar (7.5%). Tədqiqat çərçivəsində mütəxəssislər koronavirus ilə bağlı 200.000 spam məktub aşkar ediblər. Spam məktubların böyük bir hissəsi Böyük Britaniyada (20.8%), Fransada (11.5%) və ABŞ-da (8.2%) aşkar edilib.

    Bundan əlavə olaraq karantin dövrü çərçivəsində bir çoxlarının uzaqdan çalışma rejiminə keçdikləri üçün korporativ mesajların saxtalaşdırılması da reallaşdırılır. Bu cür hallarda hackerlər işçilərə guya rəhbərlik adından məktublar göndərərək öz hesablarına vəsaitlərin köçürülməsini tələb edirlər. Covid və covid 19 adına sahib zərərli kontentli faylların çox hissəsi ABŞ-da (26.6%), Fransada (12.2%) və Kanadada (11.2%) müşahidə edilib. Bütün müddət ərzində Trend Micro şirkətinin mütəxəssisləri tərəfindən 81.000-dən çox bu cür fayl aşkar edilib. Hackerlər arasında ən çox istifadə olunan üsul isə vəsaitlərin oğurlanması üçün nəzərdə tutulmuş xüsusi tətbiqlərdir. Trend Micro tərəfindən aşkar edilmiş zərərli URL-lər əsasən 3 kateqoriyaya ayrıılırlar:

- Hackerlər tərəfindən fişinq hücumlar üçün istifadə olunanlar - 56.7%

- Zərərli proqram təminatlarının yüklənməsi üçün olan linklərə keçid - 34.3%

- Xeyriyyəçilik təşkilatları ilə koronavirus məlumatlarına aid saxta saytlar - 7.5%.

Zərərli URL-lərdən zərər çəkən lider ölkələr arasında ABŞ (26.5%), Almaniya (13.3%) və Böyük Britaniya (10.4%) var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/840272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR