HHQ-nin helikopter bölmələri uçuş məşqləri keçirir -

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri uçuş məşqləri keçirir.

Müdafiə Nazirliyindən bildirilib ki, məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv edir.

Qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR