Sumqayıtda iki qardaş metil spirtindən zəhərlənərək ölüb

Sumqayıtda iki qardaş içdikləri spirtdən zəhərlənərək ölüb.

Metbuat.az apa-ya istinadən xəbər verir ki, şəhərin 8-ci mikrorayon sakinləri olan qardaşlar – 1972-ci il təvəllüdlü Smirnov İqor Mixayloviç və 1982-ci il təvəllüdlü Smirnov Nikolay Mixayloviç axşam saatlarında aldıqları metil spirtini içiblər. Bir müddət sonra hər ikisinin vəziyyəti ağırlaşıb.

İ. Smirnov Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına, qardaşı N. Smirnov isə paytaxtdakı xəstəxanalardan birinə göndərilib.

Həkimlərin səylərinə baxmayaraq, hər iki qardaş spirtin təsirindən ölüb. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR