İstanbulun bomboş küçələrindən GÖRÜNTÜLƏR - FOTO

İstanbulun bomboş küçələrindən GÖRÜNTÜLƏR - FOTO
12:08 11 Aprel 2020
173 Maraqlı
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, Türkiyədə küçəyə çıxma qadağası dünən gecədən qüvvəyə minib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamaya görə, “COVID 19” la mübarizə çərçivəsində 2 gün ərzində küçəyə çıxmaq qadağandır.

Qərar dünən gecə saat 00:00-dan etibarən 12 aprel saat 00:00-dək Türkiyənin İstanbul da daxil olmaqla 30 böyük şəhərində qüvvəyə minib.

Zonquldağda və əyalət sərhədlərində komendant saatı artıq rəsmi olaraq başlayıb. Çörək zavodları, apteklər, su idarələri, baytarlar, sağlamlıq mərkəzləri fəaliyyətlərini davam etdirir.

Qadağanın ilk günündə yolları və küçələri bomboş qalan İstanbulun səhər mənzərələrinin görüntüləri yayılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/foto/310439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR