5 futbolçu yayda "Mançester Yunayted"dən göndəriləcək

5 futbolçu yayda "Mançester Yunayted"dən göndəriləcək
12:22 11 Aprel 2020
226 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in baş məşqçisi Ule-Qunnar Sulşerin komandadan göndərmək istədiyi futbolçular bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, norveçli mütəxəssis yay transfer pəncərəsi zamanı yolları ayırmaq istədiyi oyunçuların siyahısını klub rəhbərliyinə təqdim edib. Beş nəfərlik siyahıda müdafiəçilər Fil Cons, Kris Smollinq, yarımmüdafiəçilər Cessi Linqard, Andreas Pereyra və hücumçu Aleksis Sançes yer alıb.

Sulşer hesab edir ki, onların satışından əldə olunacaq gəlirlə heyəti gücləndirmək mümkün olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/840983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR