“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi onlayn rejimdə xidmət göstərməkdə davam edir

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi onlayn rejimdə xidmət göstərməkdə davam edir
13:12 11 Aprel 2020
77 Digər
Ölkə mətbuatı
A- A+

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi bu ay da fiziki və hüquqi şəxslərə onlayn rejimdə xidmət göstərir. 
"Report" xəbər verir ki, bu barədə İİTKM-nin açıqlamasında bildirilir. 
"Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-a qədər xüsusi karantin rejimi elan edilib. Məhz xüsusi karantin rejimi zamanı qeyri-neft sektoru üzrə ixracla məşğul olan fiziki və hüquqi şəxslərin müvafiq sənədləri və sertifikatları almaqda çətinliklə üzləşməmələri üçün “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi onlara onlayn qaydada xidmətlərini təklif edir", - deyə qurum bəyan edib. 
İİTKM-nin department rəhbəri Nicat Hacızadənin sözlərinə görə, aprelin 1-10-da yerli sahibkarların ixracla bağlı müraciətləri cavablandırılıb, onlara müxtəlif məhsulların ixracı ilə bağlı tələb olunan sənədlər verilib. Həmçinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin əməkdaşları xüsusi karantin rejimi zamanı ixrac həyata keçirilərkən nəzərə alınması zəruri olan məsələlərlə bağlı sahibkarları maraqlandıran sualları da cavablandırıblar.
Xatırladaq ki, ötən ay “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə 15,5 milyon ABŞ dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib. 2020-ci ilin yanvar-mart ayları ərzində isə Mərkəz vasitəsi ilə reallaşdırılan qeyri-neft ixracının dəyəri 37 milyon ABŞ dollarından çox olub. Bu rəqəm 2018-2019-cu illərdə  isə 290 milyon ABŞ dollarından çox olub. 


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/bir-pencere-i-xraca-destek-merkezi-onlayn-rejimde-xidmet-gosterir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR