“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi onlayn rejimdə xidmətə davam edir

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Məhz xüsusi karantin rejimi zamanı qeyri-neft sektoru üzrə ixracla məşğul olan fiziki və hüquqi şəxslərin müvafiq sənədləri və sertifikatları almaqda çətinliklə üzləşməmələri üçün “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi onlara onlayn qaydada xidmətlərini təklif edir.

İİTKM-ın department rəhbəri Nicat Hacızadə bildirir ki, aprel ayının ilk on günü ərzində sahibkarların ixracla bağlı müraciətləri cavablandırılıb:

"Onlara müxtəlif məhsulların ixracı ilə bağlı tələb olunan sənədlər verilib. Həmçinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin əməkdaşları xüsusi karantin rejimi zamanı ixrac həyata keçirilərkən nəzərə alınması zəruri olan məsələlərlə bağlı sahibkarları maraqlandıran sualları da cavablandırıblar.

Məlumat üçün bildirək ki, bu ilin mart ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə 15,5 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib. 2020-ci ilin yanvar-mart ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən reallaşdırılan qeyri-neft ixracının dəyəri 37 milyon ABŞ dollarından çox olub. Həmçinin 2018-2019-cu illərdə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə 290 milyon ABŞ dollar dəyərində ixrac həyata keçirilib".

Qeyri-neft sektoru üzrə ixrac həyata keçirmək istəyən fiziki və hüquqi şəxslər aşağıdakı link vasitəsi ilə müvafiq sənədlərlə bağlı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə müraciət edə bilər:

İqtisadiyyat Nazirliyi: İ[email protected]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi: [email protected]

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: [email protected]

Mədəniyyət Nazirliyi: [email protected]

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: DQİ[email protected]

Qeyd edilən e-maillərlə bərabər sahibkarlar [email protected] elektron ünvanına müraciətlərini göndərə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR