Rusiyadan koronavirusda SEVİNDİRİCİ XƏBƏR:

Rusiyanın "Federal Biomedikal Agentliyi" (FMBA) Baş katibi Rinat Maksyutova rus alimləri tərəfindən hazırlanan koronavirus peyvəndi barədə açıqlamalar verib.

Metbuat.az bildirir ki, peyvəndin son olaraq primatlar üzərində test edildiyini vurğulayan Maksyutova bildirib ki, peyvəndi insanlar üzərində test etmək üçün 60 nəfərlik könüllülər siyahısı yaradılıb.

İlkin mərhələdə 60 nəfər üzərində təcrübələr keçiriləcəyi qeyd edilib. Könüllülər arasında bu dərmanın hazırlanmasında iştirak edən tanınmış alimlərin də olduğu bildirilib.

Mənbə: Haber7


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR