Tullantılar poliqonuna cavabdeh şəxs cəzalanıb

Tullantılar poliqonuna cavabdeh şəxs cəzalanıb
17:17 11 Aprel 2020
175 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhəri ərazisində tüstü və iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, araşdırma zamanı şəhərin inzibati ərazisində yerləşən məişət tullantıları poliqonunda baş verən yanğın səbəbindən ətrafa tüstü və iy-qoxunun yayıldığı məlum olub.

Poliqonda məişət tullantılarının idarə edilməsində qanunvericiliyin tələblərinin pozulduğu və tullantıların yanması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülmədiyi müəyyən edilib.

Faktla bağlı poliqonun icarədarı Qəhrəman Qəhrəmanov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3 min manat məbləğində cərimə olunub.

Belə halların baş verməməsi üçün cavabdeh şəxs Q.Qəhrəmanova icrası məcburi olan "məcburi göstəriş" verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/841039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR