İranlı mollanı banana oxşatdılar

İranlı mollanı banana oxşatdılar
21:17 17 Yanvar 2015
141 Dünya
Ölkə mətbuatı
A- A+

İranda dini xadim televiziyaya parlaq sarı geyimdə çıxmaqla tamaşaçıları təəccübləndirib.Hoseyn Xademian dövlət televiziyasındakı verilişə sarı köynək, ayaqqabı və hətta sarı saatla çıxıb.
 
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu haqda İranın yarırəsmi “Mehr” agentliyi məlumat yayıb.
 
İran mollaları adətən ağ rəngli köynək və qara rəngli əba geyinir, ayaqqabı rəngi isə ya qara, ya da qəhvəyi olur. Bu səbəbdən cənab Xademianın seçimi iranlı sosial media istifadəçilərini şoka salıb.Bəziləri onun belə geyimdə efirə çıxmasını qınayarkən, digərləri onu meyvəyə oxşadıb.
 
"Sarı və qaranın kombinasiyası köhnə bananı xatırladır", Facebookda bir istifadəçi yazıb.
 
Başqa biri isə onu sarı bülbülə bənzədib."Çəhrayı hicabla o çox yaraşıqlı olardı", digər istifadəçi yazıb.Cənab Xademian isə bildirib ki, o geyimində "heç bir səhv görmür" və onun bu tərzdə geyinməyi ilk dəfə deyil.
 
Bundan əvvəl o çəhrayı geyimlə efirə çıxıb və bu, "dramatikləşdirilməyib"."Onunla müqayisədə geyimimin rəngi heç də yeni deyil", o əlavə edib. "Həmçinin sarı digər rəng kimi təbii rəngdir", Xademian bildirib.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/51452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR