Ancelina Coli narahatdır: Uşaqları tədric etmək istismarçıların məşhur taktikasıdır

Ancelina Coli narahatdır: Uşaqları tədric etmək istismarçıların məşhur taktikasıdır
18:48 11 Aprel 2020
463 Şou
Ölkə mətbuatı
A- A+

44 yaşlı Ancelina Coli koronavirus pandemiyası ilə bağlı narahatlığını dilə gətirib. Ancaq onun narahatlığı xəstəliyin yayılması ilə deyil, izolyasiyanın gətirdiyi çətinliklərlə əlaqəlidir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa “Time” jurnalına açıq məktub yazaraq mehriban münasibətlərin olmadığı ailələrdə böyüyən və ya məişət zorakılığının qurbanı olan uşaqların xüsusilə həssas vəziyyətinə diqqət yetirməyə çağırıb.

“Uşaqları tədric etmək istismarçıların məşhur taktikasıdır, bu da o deməkdir ki, COVID-19 yayılmasının qarşısını almaq üçün lazım olan sosial məsafənin tətbiq edilməsi psixoloji travma və çətin vəziyyətlərdə olan uşaqların vəziyyətinin ağırlaşmasına birbaşa səbəb olacaq” , - deyə kino ulduzu qeyd edib.

Анджелина Джоли

Aktrisa həmçinin əlavə edib ki, indi uşaqlar bir yerə sığınmaq imkanından məhrum olub, həm də etibar etdikləri insanlardan, məsələn, dostlarından və ya müəllimlərindən adi dəstəyi ala bilmirlər: “Məktəblər əlverişsiz mühitdə yaşayan uşaqların müdafiəsini təmin edən bir sipərdir. İzolyasiyada yetkinlər onların vəziyyətlərinə daha az əhəmiyyət verəcək. Həqiqətən uşaq zorakılığı hallarında Uşaq Qoruma Xidmətlərinə adətən üçüncü tərəf kimi müəllimlər, təlimatçılar, məktəbdən sonrakı proqram koordinatorları və təlimçilər zəng edirlər”.

Анджелина Джоли

Sonda aktrisa insanları çətin vəziyyətlərdə olan uşaqları qorumaq üçün hər cür səy göstərməyə çağırıb.

Qeyd edək ki, insan haqlarının fəal müdafiəçisi və xeyriyyəçi olan tanınmış aktrisa bu yaxınlarda uşaq təşkilatlarına bir neçə böyük ianə edib. Mart ayında Coli uşaqlara məktəb yeməkləri paylayan “No Kid Hungry” şirkətinə 1 milyon dollar köçürüb.

Bundan başqa aktrisa BMT Qaçqınlar Agentliyinə bir ianə edib, Əfqanıstanda, Kamboca, Kenya və Namibiyada maliyyələşdirdiyi məktəblərin pandemiya şəraitində fəaliyyəyini davam etdirmələri üçün dəstək göndərib.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/310455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR