.

YouTube 5G ilə bağlı bu videoları SİLİR

YouTube 5G ilə bağlı bu videoları SİLİR
20:42 11 Aprel 2020
107 Maraqlı
Ölkə mətbuatı
A- A+

YouTube koronavirusun 5G-dən qaynaqlandığını irəli sürən videoları silməyə başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, COVID-19 pandemiyası ilə bağlı yanlış xəbərlərin və 5G baza stansiyalarının koronavirusa səbəb olduğu iddialarının artmasından sonra bu qərar verilib.

Platforma rəsmiləri şayiələrin qarşısını almaq üçün "tibbi cəhətdən yanlış üsullar" daşıyan videoların yayımlanmasına blok qoyulacağını deyiblər. Ancaq bu addım 5G ilə bağlı bütün konspirasiya videolarını əhatə etməyəcək.

Qeyd olunub ki, insanlara "zərər verəcək şəkildə" yanlış istiqamətləndirən kontentlərin yayımı dayandırılacaq. Beləcə, bu tip videolar daha az təklif ediləcək, axtarış zamanı tapılmayacaq və reklam gəlirləri əldə edə bilməyəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/840298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR