YouTube istifadəçisi kompyuterinə soyutma sistemi hazırladı

YouTube istifadəçisi kompyuterinə soyutma sistemi hazırladı
20:57 11 Aprel 2020
Ölkə mətbuatı
A- A+

DIY Perks adlı YouTube kanalının istehsalçısı olan Mett, son layihəsini izləyicilərlə paylaşan Matt, kompyuteri üçün çox da rahat olmayan dünyanın ən qəribə soyutma sistemini yaratdı.

DIY Perks adlı kanal daha çox, maraqlı layihələrlə ön plana çıxır. Kanalın sahibi Mett, heç kimin ağılına gəlməyən layihələri həyata keçirir və izləyicilərinə misilsiz layihələr təqdim edir. Mett, son layihəsində isə dünyanın ən maraqlı kompyuter soyutma sistemini düzəltməyi bacardı.

Tamamilə mexaniki bir məhsul kimi hazırlanan körüklər, bir çox sahədə istifadə edilir. Mett, kompyuteri üçün öz körük əsaslı soyuducu sistem düzəltməyə qərar verir.

Kompyuterlərimizdə olan pərlər, çox sadə bir dizayna malikdir. Bu dizaynda bir pərvanə və bu pərvanənin dönməsini təmin edən elektron sistem var. Mett, işlərinə bir pər dizaynından başlayır. Ancaq bu sınaqlar nəticəsiz qalır.

Mett, uğursuz sınaqlardan sonra dizaynı dəyişdirməyə qərar verir. Ən əvvəldən bəri su və maqnetik sahə istifadə edərək daimi hava axını təmin etməyi məqsəd qoyan Mett, axtardığı şeyi doğru axınla işləyən və çox daha sadə bir məntiqi olan su nasoslarında tapır. O, layihəsini reallaşdıra bilmək üçün cəmdə 10 ədəd su nasosu istifadə edir. Layihə sona çatanda isə Mettin öz soyuducu sistemi, 4 pərə bərabər bir hava axını təmin edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/840303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR