Yenilənmiş BMW 5 Series - FOTO

Yenilənmiş BMW 5 Series - FOTO
21:32 11 Aprel 2020
164 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yenilənmiş BMW 5 Series sedanın sınaq protopləri yenidən casuslara rast gəliblər. Avtomobillərin üzərindəki kamuflyaj örtüyü modelin eksteryer dizaynında xırda dəyişikliklərin olacağından xəbər verir. Böyük ehtimalla, yenilənmiş 5 Series tərtibatı yenilənmiş işıq texnikasına, radiator barmaqlığına və bamperlərə sahib olacaqdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, dərc edilmiş şəkillərdən göründüyü kimi, avtomobilin ön fənərləri yeni formalı gündüz hərəkət işıqlarına sahib olublar. Bu işıqlar eyni zamanda dönmə işıqlarının funksiyasını da yerinə yetirirlər.Ən əsası isə, radiator barmaqlığının ölçüləri böyüdülməyib. Arxa tərəfdə isə, tərtibatı dəyişdirilmiş arxa fənərləri, bamperi və səsboğucu sistemin ölçüləri böyüdülmüş çıxış borularını görmək olar.

Bundan başqa, yenilənmiş model X5 və X7 modellərindən tanıю olan virtual cihazlar paneli, 12,3-düymlük ekranı olan iDrive məlumat-əyləncə kompleksinin yeni versiyası və ən müasir sürücü yardımçıları ilə təchiz ediləcəkdir. Əsas yeniliklər modelin texniki hissəsində və təchizatında olacaqdırlar.

Yenilənmiş BMW 5 Series modelinin mühərriki çeşidinə yeni mühərriklər, yumşaq hibridlər, tamölçülü və qoşulan hibrid qurğular daxil ediləcəkdir. İlkin məlumata görə, yenilənmiş modelin mühərrik çeşidində 745e modelindən götürülmüş qoşulan hibrid güc qurğusu peyda olacaqdır. 3,0-litrlik altısilindrli mühərrikin və elektromotorun daxil olduğu güc qurğusunun ümumi hasilatı 394 at qüvvəsi və 600 Nm fırlanma anı təşkil edir. Bundan başqa, "bərkgedən" M5 modelinin CS indeksli ekstremal versiyasının olacağı da söylənilir.

Bütün bu yeniliklər BMW 5 Series modelinə əsas rəqibləri olan Mercedes-Benz E-Class və Audi A6 modelləri ilə daha güclü rəqabət aparmağa yardım etməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/839554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR