Yəhudi professor koronavirusun ölümlə nəticələnməsinin səbəbini açıqladı

Yəhudi professor koronavirusun ölümlə nəticələnməsinin səbəbini açıqladı
22:18 11 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Ferritin insan bədənindəki virus və bakteriyaların blokerlərini aktivləşdirən qan zülalıdır. Lakin koronavirusa yoluxmuş orqanizmdə həddən artıq qoruyucu hüceyrə görünə bilər ki, bu da ölümlə nəticələnə bilər.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Təl-Əviv Universitetinin professoru Yehuda Şenfeld Sankt-Peterburq Dövlət Universitetinin təşkil etdiyi “Virusologiyanın beşiyi” onlayn konfransında deyib:

“Bu virus çox fərqlidir. Epidemiyanın bu qədər ölümlə nəticələnməsinə səbəb nədir? Xəstəliyin ağır mərhələsində olan xəstələrdə gördüyümüz bir biomarkerə diqqət çəkmək istərdim. Bir qayda olaraq, gənc deyil, yaşlı xəstələrdə ferritinin çox yüksək səviyyədə olması müşahidə olunur”.

O, bildirib ki, ferritin bədəndə dəmirin köçürülməsində mühüm rol oynayan qan zülalıdır. Bu yaxınlarda beynəlxalq alimlər qrupu ferritinin bədəni qoruyan sitokin hüceyrələrini aktivləşdirdiyini müəyyən edib. Az miqdarda sitokinlər bədəni viruslardan və bakteriyalardan qoruyur.

“Ancaq çox miqdarda ifraz olunarsa, çöküşə səbəb olur. Bu vəziyyətə sitokin fırtınası deyilir. Xəstələrin 50% -də ölümlə nəticələnə bilər. Həqiqətən Çin, İtaliya və ABŞ-da yayımlanan araşdırmalar göstərir ki, koronavirus xəstələrində ferritinin səviyyəsi yüksəkdir. Bu bizim diaqnostik parametrimizdir. Odur ki, ferritinin yüksək səviyyəsi ilə necə davranacağımızı başa düşməliyik” , - deyə professor çıxışında qeyd edib.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/310475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR