Azərbaycanlı komandirin təhqir etməyə qoymadılar

Azərbaycanlı komandirin təhqir etməyə qoymadılar
21:17 17 Yanvar 2015
92 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan icmasının etirazından sonra Yaltada Cəlil Nəcəbov adına bağda tikinti işləri dayandırılıb.
 
Milli.Az AzərTAc-a istinadən bildirir ki, bu barədə Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.
 
Beləliklə, Yalta administrasiyası başçısının birinci müavini Sergey Brayko tikintinin sifarişçisi ilə əlaqə saxlayıb və məqbul qərar qəbul edilənədək işlərin dayandırılması barədə razılıq əldə olunub.
 
Qeyd edək ki, Yaltanı faşistlərdən azad etmiş 323-cü alayın komandiri, şəhərin fəxri vətəndaşı, həmvətənimiz Cəlil Nəcəbovun adını daşıyan bu bağ Yeni il ərəfəsində hasara alındıqdan sonra orada ağır texnika işə başlamışdı, çoxillik ağaclar kəsilmiş, bağın böyük bir hissəsi qazılmışdı.
 
Onu da bildirək ki, 2013-cü ildə Yalta şəhərindəki mərkəzi parkların birində 1944-cü ildə Yaltanı faşistlərdən xilas edən 323-cü atıcı alayının komandiri Cəlil Nəcəfovun xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilmişdi. Həmin vaxt Krım Ukraynanın tərkibində olub.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR