"Tottenhem" "PSJ"nin futbolçusunu almaq istəyir

"Tottenhem" "PSJ"nin futbolçusunu almaq istəyir
08:52 12 Aprel 2020
225 İdman
Ölkə mətbuatı
A- A+

Fransanın "Pari Sen-Jermen" (PSJ) futbol klubunun müdafiəçisi Toma Menye karyerasını ingilis "Tottenhem"ində davam etdirə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, 28 yaşlı belçikalı ilə müqavilənin imzalanması İngiltərə komandasının baş məşqçisi Jose Mourinyo üçün prioritet məsələlərdən biridir. Portuqaliyalı mütəxəssis hazırda komandanın müdafiəçisi Serj Oryenin oyunundan razı deyil və onu əvəz etmək istəyir.

28 yaşlı Menye Paris klubu ilə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq. 2019/20 mövsümündə belçikalı futbolçu 27 matçda 1 qol vurub və 2 fadalı ötürmə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/841207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR