ÜST rəsmisi: Belarus koronavirusla mübarizədə yeni mərhələyə qədəm qoyur

ÜST rəsmisi: Belarus koronavirusla mübarizədə yeni mərhələyə qədəm qoyur
09:22 12 Aprel 2020
224 Dünya
Ölkə mətbuatı
A- A+

Bu həftə Belarus Respublikasına səfər edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  nümayəndə heyətinə rəhbərlik edən Patrik O Connor ölkədə kütləvi şəkildə yayılan koronavirus epidemiyasının qarşısının alınması üçün tədbirlər görüldüyünü bildirib.

APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, o qeyd edib ki, 1994-cü ildən bəri 9.5 milyon əhalisi olan keçmiş sovet ölkəsinin Prezidenti Aleksandr Lukaşenko son həftələrdə virusun yayılmasının qarşısını almaq üçün sosial məsafə və digər tədbirlərin görülməməsini vacib sayıb: "Halbuki, prezident öncə araq içmək, traktor sürmək və saunada çimməyin koronavirusla mübarizəyə kömək edə biləcəyini düşünürdü. Kütləvi xokkey matçları, futbol oyunları və s".

ÜST rəsmisi paytaxt Minskdə və ölkənin digər yerlərində kütləvi tədbirlərin olduğundan narahatlığını gizlətməyib:

"Biz kütləvi tədbirlərin hələ də keçirildiyini görürük. Bu vəziyyətdən narahatıq. Yeni tədbirlərin görülməsi zəruridir".

Belarusun yeni bir mərhələyə qədəm qoyduğunu deyən Patrik O Connor Belarusda sosial məsafənin tətbiq edilməsini, kütləvi tədbirlərin qadağan olunmasını tövsiyə edərək, təcridetmənin davam etdirilməsinin, virusa yoluxmuş xəstələrlə təmasda olanların aşkar edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Belarusda bu günə qədər 2222 virusa yoluxma, 23 ölüm hadisəsi qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/841212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR