Volkswagen-dən hibrid krossover - FOTO

Volkswagen-dən hibrid krossover - FOTO
21:22 17 Yanvar 2015
252 Maraqlı
Ölkə mətbuatı
A- A+

Volkswagen şirkəti beş yerli yeni Cross Coupe GTE krossoverin rəsmi təsvirlərini nümayiş etdirib. Konseptin ictimai debütü Detroyt avtosalonunda olacaq. Yeni modelin seriya versiyası Çattanuqadakı zavodda yığılacaq. Avtomobil satışa gələn ilin sonunda çıxarıla bilər.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Cross Coupe GTE aqressiv ön bamper, alüminium radiator barmaqlığı, işıqdiod faralar və 22 düymlük alüminium təkər diskləri əldə edib. Modelin uzunluğu 4846 mm, eni 2029 mm, hündürlüyü 1734 mm-dir.
 
Salonda Nappa dərisi ilə üzlənmiş kürsülər, rəqəmsal cihaz paneli və sensor ekran quraşdırılıb. Şirkətdə bildiriblər ki, sürücülər üçün klimat-kontrol və 10,1 düym displeyli məlumat-əyləncə sistemi də əlçatan olacaq.
 
Krossover 3,6 litrlik V6 daxili yanma mühərriki, iki elektrik mühərriki və litium-ion akkumulyatorlardan ibarət hibrid qurğusu ilə təchiz edilib. Yeni modelin toplam gücü 355 at gücünə bərabərdir. İlk “yüzlüyə” avtomobil 6 saniyədə sürətlənir. Yalnız elektrik sərf etməklə avtomobil 32 km yol gedə bilər.
 
Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR