İstanbulda polisə hücum: ölən və yaralılar var

İstanbulda polisə hücum: ölən və yaralılar var
10:12 12 Aprel 2020
206 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulun Bəyoğlu rayonunda polisə hücum edilib. 

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində iki polis yaralanıb. 

Yanacaqdoldurma məntəqəsində polislərlə mübahisə edən şəxslərdən biri əvvəlcə yumruq zərbələri endirib. Sonra isə o, polislərdən birinin silahını alıb digər iki polisi yaralayıb. Münaqişə böyüyüb, tərəflər arasında atışma olub. Hadisə zamanı polis ilk hücum edən şəxsi ayağından yaralayıb, yaralı xəstəxanada ölüb, digər şübhəlilər saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/841223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR