Tramp: “İnsanlar iş yerlərinə qayıtmaq istəyirlər”

Tramp: “İnsanlar iş yerlərinə qayıtmaq istəyirlər”
11:52 12 Aprel 2020
115 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikada koronavirusdan ölənlərin sayı 20 min nəfəri keçdi

Şənbə günü ABŞ koronavirusdan ölənlərin sayının ən yüksək olduğu ölkə oldu və İtaliyanı geridə qoydu. İndiyə qədər Amerikada 20 mindən çox ölüm faktı qeydə alınıb. "Reuters"in xəbərində belə deyilir.

Prezident Donald Tramp isə bildirib ki, yarım milyondan çox infeksiya daşıyıcısı olan Amerikanın normal həyata qayıtması çətin olacaq.

Agentlik bildirir ki, Amerika Birləşmiş Ştatlarıında ardıcıl olaraq son 4 gündə hər gün təxminən 2 min nəfər vəfat edib. Amerikada ən pis vəziyyət Nyu-York şəhərində müşahidə olunur. Bu şəhər koronavirusun episentri sayılır.

Mütəxəssislər bildirir ki, sərt tədbirləri daha da genişləndirmək lazımdır, əks təqdirdə ABŞ-da ölənlərin sayının 200 min nəfərə çatması ehtimalı var.

Milli.Az musavat.com-a istinadən bildirir ki, təhlükənin böyüklüyünə baxmayaraq prezident Tramp ABŞ-ın ən qısa zamanda əvvəlki vəziyyətə dönməsini istəyir.

Şənbə axşamı "Fox News" ilə telefonla danışan Tramp "çox ağıllı insanlar, çox sayda mütəxəssis, həkim və müəssisə rəhbərlərinin" tövsiyələrinə əsaslanaraq "ağlabatan bir müddətdə" qərar verəcəyini söyləyib.

"İnsanlar geri, iş yerlərinə qayıtmaq istəyirlər. Ölkəmizi əvvəlki vəziyyətinə geri qaytarmalıyıq ", prezident deyib.

Trampın ticarət üzrə müşaviri Peter Navarro isə "Fox News"a verdiyi açıqlamada zərərin minimuma endirilməsinin yeganə yolunun virus "məğlub olana" qədər iqtisadiyyat və cəmiyyətdə həyatın dondurulmasının vacibliyini düşünən "tibb mütəxəssisləri"nin olduğunu söyləyib: "Bu, birbaşa virusdan ölümləri minimuma endirə bilər, lakin iqtisadi sarsıntılar daha yüksək depressiya və intiharlara səbəb ola bilər. İnsanların narkotik maddələrə meyllənməsi də nəzərə alınmalıdır. Prezidentin qəbul edəcəyi çox sərt qərar bütün nüansları nəzərə almaqla ortaya çıxacaq. Biz hansı yolun daha çox zərər verdiyini dəqiq müəyyən etməliyik".

Şənbə günü Nyu-Yorkun meri Bill de Blasio dövlət məktəblərinin aprelin 20-də yenidən açılma ehtimalının olmadığını bildirib. Tədris ilinin qalan hissəsi haqqında isə nəsə demək çətindir. Nyu-Yorkun qubernatoru Andrev Cuomo da məktəblərin bağlı qalmasının tərəfdarıdır.

Agentlik bildirir ki, Donald Tramp ABŞ iqtisadiyyatının yenidən dirçəlməsini lazım bilir. Artiq 16 milyon amerikalı işsiz olduğuna görə hökumətdən maddi yardım tələb edir. Zavod və fabriklərin bağlanması özü ilə əlavə problemlər gətirib. Hər şeyin əvvəlki axarına qaytarılması da mürəkkəb bir prosesdir və zaman keçdikcə geriyə dönüş daha da çətin olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/841232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR