Epidemiyanı öncədən anons edən adam danışdı - “Sehrli düstur” nədir? - FOTO

Epidemiyanı öncədən anons edən adam danışdı - “Sehrli düstur” nədir? - FOTO
13:47 12 Aprel 2020
193 Dünya
Ölkə mətbuatı
A- A+

Koronavirs pandemiyası düyanın vərdiş etdiyi düzəni bütünlüklə pozdu. Bu günlərdə hər kəsin ağlında bir sual var? "Nə zaman normal həyata dönəcəyik? Ya da dönə biləcəyikmi...?"

"Pandemiyanı əvvəlcədən bilən adam" olaraq tanınan, məhşur virusoloq dokrot Dennis Karrol koronavirus pandemiyası ilə bağlı bir çox mətləblərə toxunub.

O bildirib ki, virusa qalib gəlməyin yolu nə peyvənddədir, nə də dərmanda... Hər şey insanın özündə bitir. Yəni, epidemiyanı dayandırmaq insanların öz əlindədir.

Dr. Dennis  Karroll uzun müddət ABŞ-da Xəstəliklərə Nəzarət və Önləmə Mərkəzində ( CDC) baş pandemik məsləhətçi kimi fəaliyyət göstərib. O, ötən ilə qədər ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) "Pandemiya və yaranan Təhdidlər" bölməsinə rəhbərlik edib. Malyariya və quş qripi sahəsindəki işlərinə görə 2006-cı ildə "CDC" və "USAİD"-in "Elm və Texnologiya Mükafatı"na layiq görülüb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, o, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) çərçivəsində yaradılan və dünyada epidemiyaya səbəb ola biləcək virusları araşdıran "Predict" (Proqnoz) adlı proqramın yaradıcısıdır. Keçən ildən proqrama ayrılan vəsait kəsildikdən sonra təqaüdə çıxan Dr. Karroll hazırda "Global Virome Project" adlı layihəyə rəhbərlik edir. Məqsəd yenə də eynidir: "Virus bizi tapmadan, bizim onu tapmağımız."

Son dakika... 'Salgını öngören adam' konuştu, sihirli formülü verdi

Epidemiyanı öncədən görən, "virus ovçusu"

Apardığı araşdırmalar nəticəsində ABŞ mətbuatı vasitəsilə dünyanın yeni bir epidemiya ilə qaşılaşacağı xəbərdarlığını edən Karrol, bütün dünyada "epidemiyanı əvvəlcədən görən adam" kimi tanınmağa başlayıb.

What we learnt from Netflix's Pandemic: How to Prevent an Outbreak ...

O, həmçinin "Netflix" film platformasında yer alan "Pandemiya" sənədli filmində də iştirak edir.

Yerli Virome Layihəsi (lobal Virome Project), gələcəkdə dünyanın üzləşə biləcəyi xəstəlikləri öncədən təxmin etmək, baş verə biləcək hadisələri anlamaq, bu viruslara və ya virus qruplarına qarşı peyvəndləri inkişaf etdirmək üçün "virus atlası" yaratmaq məqsədi daşıyır. Layihəsini komandası ilə idarə edən Dr. Karrolun başqa bir adı isə "virus ovçusudur".

Son 15 ildə dünyada quş qripi, donuz qripi və ebola kimi virusların yaratdığı epidemiyalara baxmayaraq, Dr. Karrolun ən böyük narahatlığı beynəlxalq birliyi təşkil edən ölkələr arasında əməkdaşlıq və koordinasiyanın olmamasıdır.

Pandemic on Netflix: From Event 201 To The 1918 Flu, Everything To ...

Çarə axtarır, möcüzə gözləyirik...

Dr. Karrol bildirir ki, tütün və əczaçılıq şirkətləri də daxil olmaqla 40-dan çox təşkilat koronavirusa qarşı vaksinlər hazırlamağa çalışır. Onların hər biri fərqli mərhələdədir. Əksər mütəxəssislər peyvəndin inkişafının ən az 12-18 ay çəkəcəyini bildirirlər. Dr. Karrollun apardığı araşdırmalar da istisna deyil. Professorun sözlərinə görə, epidemiyanı yavaşlatmaq üçün ən azı bir il müddət lazım olacaq.

Salgının ne kadar süreceği bize bağlı haberi - FinansGündem.com

"Sehrli düstür" nədən ibarətdir?

Dr. Karrolun sözlərinə görə, hazırda hidroksixlorokin kimi dərmanlarla bağlı pessimist bir mənzərə yaranıb. Hazırda bu dərmanın istifadəsi təşviq olunur. Lakin hidroksixlorokinin təsiri geniş elmi araşdırmalarla hələ təsdiqlənməyib:

"Çarəsizik. Bu, hələ tapa bilmədiyimiz bir virusdur, ancaq onu axtarırıq. Bir möcüzəyə ümid edirik. Ümid edirik ki, təhlükəsiz istifadə edə biləcəyimiz bir dərman bu yeni virusa yoluxmuş xəstələrin həyatını xilas edəcək. Həqiqət budur ki, hazırda koronavirusu məhv etdiyi iddia olunan bu dərmanlarla bağlı hesabatların heç biri elmi etibara malik deyil. Buna görə də, təsiri sübut edilməmiş dərmanların istifadəsini təşviq etmək düzgün deyil. Üstəlik, insanların qayda-qanunlara riayət etməyinin nə qədər çətin olduğunu da gözəl bilirik".

"Virus ovçusu" yekunda bütün dünyaya, insanlara mesaj verir: "Virus öz-özünə yayılmır. Onu insanlar yayır. Virusun yayılmasını dayandırsaq, epidemiya da bitər. Bunun üçün nə peyvənd, nə də dərman lazım deyil. Epidemiyanın bitməyinin sehrli düsturu bizik. İnsanlar!"

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/841262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR