Koronavirusla mübarizə aparan həkimlərə hücum etdilər - Hökumət ayağa qalxdı

Koronavirusla mübarizə aparan həkimlərə hücum etdilər - Hökumət ayağa qalxdı
14:13 12 Aprel 2020
361 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikada COVID-19-la mübarizə aparan həkimlərə hücumlar edilir.

Publika.az xəbər verir ki, hökumət kəndlilərin koronavirusla mübarizə aparan tibb işçilərinə hücumlarından narahatdır.

Meksika rəsmiləri həkimlərə yönəlmiş qəzəb hissinin yolverilməz olduğunu vurğulayıblar:

"Tibb işçilərinin hücuma məruz qalması bizi narahat edir".

Səhiyyə nazirinin müavini Uqo Lopes-Hatel mətbuat konfransı zamanı bildirib ki, epidemiyanın üçüncü mərhələsində həkimlər virusun yayılmasının qarşısını almaqda əsas rol oynayacaqlar: "Həkimlərə qarşı aqressiya ictimai yerlərdə və nəqliyyatda baş verib".

Meksikada koronavirusa 4219 yoluxma fatı qeydə alınıb. 273 nəfər ölüb, 21 277 analizin nəticəsi isə neqativ çıxıb.

Aytən Novruz


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/310524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR