İngiltərə mediası koronavirusun yayıldığı iddia edilən laboratoriyadan FOTOlar paylaşdı

İngiltərə mediası koronavirusun yayıldığı iddia edilən laboratoriyadan FOTOlar paylaşdı
14:27 12 Aprel 2020
255 Dünya
Ölkə mətbuatı
A- A+

Koronavirusa yoluxma sayının hər gün daha da artdığı İngiltərədə bu virusun harada ortaya çıxması ilə bağlı iddialar gündəmdən düşmür.

Musavat.com bu barədə sozcu.com.tr-yə istinadən xəbər verir.

İngiltərə mediası virusun yayıldığı Uhan əyalətində fəaliyyət göstərən bir institutdan fotolar paylaşaraq, virusun sırf buradan yayıldığını qeyd edib. Yayımlanan bu fotoların ardından virusun bioloji silah olma iddiaları daha da alovlanmağa başlayıb.

Çinin Uhan əyalətindən bütün dünyaya sürətlə yayılan və 1.6 milyon insana yoluxan virus qarşısı alınmaz xəstəliyə çevrilməkdədir və  ölənlərin sayı hər ötən gün artır.

Dekabr ayında Çinin Uhan əyalətində dəniz məhsullarının satıldığı bir bazarda meydana çıxdığı söylənilən virusla bağlı iddialar bitmək bilmir.

Xəstəliyin hər gün daha da sürətlə yayıldığı İngiltərədə bu iddiaların bir çoxu mediada yer almağa başlayıb. "Daily Mail" qəzeti Uhan Virusologiya İnstitutunda çəkilən fotoları yayımlamaqla bu iddiaları daha da gücləndirib.

Xəbərdə "sirrli yer" olaraq adlandırılan mərkəzin 2002-ci ildə meydana çıxan SARS epidemiyasından sonra inşa edildiyi bildirilir. Bundan başqa qeyd edilir ki, virus bu institutda hazırlanmasa da sırf bu mərkəzdən yayılıb. Qəzet iddia edir ki, orada araşdırma aparan və adları açıqlanmayan mənbələr özləri bu barədə məlumat yayıblar.

İnstitutun direktoru Şi Zhengli fevral ayında verdiyi açıqlamada ortaya atılan iddiaları qəti şəkildə rədd etmişdi. İşçilərin astronavtların geyiminə oxşar geyimlərdə işləməsinə gəldikdə isə direktor bildirib ki, bu mərkəzdə 1500-ə yaxın ölümcül maddədən istifadə edilir, ona görə də sözügedən geyimlər mütləq geyilməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/841269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR