Qırğızıstanda 62 səhiyyə işçisi koronavirusa yoluxdu

Qırğızıstanda 62 səhiyyə işçisi koronavirusa yoluxdu
14:42 12 Aprel 2020
257 Dünya
Ölkə mətbuatı
A- A+

Son sutka ərzində Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 38 nəfər artaraq 377-yə çatıb. Virusa yoluxanların 12-si səhiyyə işçisidir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə COVID-19 ilə mübarizə üzrə respublika qərargahından məlumat verilib.

Qeyd olunub ki, ümumilikdə 62 səhiyyə işçisi virus daşıyıcısıdır.

Bundan başqa COVID-19-a yoluxan 11 xəstənin vəziyyəti ağırdır, onlardan beşi reanimasiyadadır. İlkin məlumatlara görə, yoluxmuş şəxslərlə 6,5 mindən çox insan təmasda olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/841248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR