"Real" məşqləri bərpa edir

"Real" məşqləri bərpa edir
18:47 12 Aprel 2020
226 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyada koronavirus pandemiyası səbəbindən karantin rejimi elan olunsa da, "Real" məşqləri bərpa etməyə hazırlaşır.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "kral klubu"nda kollektiv məşqlərin müzakirəsinə başlanılıb.

Baş məşqçi Zinəddin Zidan məşq prosesini tərtib etməyə başlayıb. Lakin bərpa tarixi hələ müəyyənləşməyib. Madridlilərin tibbi xidmətinin rəhbəri Niko Mixiç məşq zamanı futbolçular üçün təhlükəsizlik protokolu hazırlayıb. "Real" martın 12-dən karantin rejimindədir.

Qeyd edək ki, La Liqa XXVII turdan sonra təxirə salınıb. "Barselona" hazırda 58 xalla liderdirsə, ikinci sırada yer alan "Real" onlardan 2 xal geri qalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/841283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR