Türkiyənin daxili işlər naziri istefa verdi -

Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa verib.

Metbuat.az xəbər verir ki, bu barədə qərarı nazirin özü açıqlayıb.

Nazir istefası ilə bağlı bunları deyib: "Virusun qarşısını almaq üçün əzmlə apardığımız prosesin tərkib hissəsi olan həftə sonu küçəyə çıxmama qərarının tətbiqinin məsuliyyəti tamamilə mənim üzərimə düşür. Qadağanın tətbiqinin ilk saatlarında ortaya çıxan görüntülər mükəmməl şəkildə aparılan prosesə uyğun gəlmədi. Belə bir hadisə olmamalı idi. Bu qərar virusun qarşısını almağa hesablanmış addım idi".

"Heç bir zaman zərər vermək istəmədiyim əziz millətimiz, həyatımın sonuna qədər sadiq qalacağım cənab prezidentim məni bağışlasın...Şərəflə icra etdiyim daxili işlər naziri vəzifəmdən istefa verirəm. Bütün dostlarıma, iş yoldaşlarıma hudahafiz. Allah millətimizi qorusun", - Soylu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR