Britaniyalı səfir: Bu həm möhtəşəm tamaşa, həm də çox səmimi jestdir

Britaniyalı səfir: Bu həm möhtəşəm tamaşa, həm də çox səmimi jestdir
22:57 12 Aprel 2020
207 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu həm möhtəşəm tamaşa, həm də çox səmimi jestdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə səfir öz "Twitter" hesabında yazıb.

"Bu həm möhtəşəm tamaşa, həm də çox səmimi jestdir. Mən Azərbaycan dövlətinə və Heydər Əliyev Mərkəzinə təşəkkür edirəm və Azərbaycan xalqına can sağlığı arzu edirəm. Bu çətin müddətdə həmrəylik göstərmək və birgə çalışmaq çox vacibdir", - səfir Şarp belə deyib.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 12-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Böyük Britaniyanın bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.

Aprelin 3-dən etibarən virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/841424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR