Bu dərmanlar asılılıq yaradır - Tədqiqatçılardan XƏBƏRDARLIQ

Bu dərmanlar asılılıq yaradır - Tədqiqatçılardan XƏBƏRDARLIQ
23:42 12 Aprel 2020
222 Ölkə
Ölkə mətbuatı
A- A+

Günümüzdə antidepressantların istifadəsi getdikcə artır. Tədqiqatlara görə, ABŞ-da insanların 12%-i on üç yaşından etibarən antidepressantlardan istifadə etməyə başlayır. Bəs antidepressantların asılılıq yaratdığını bilirdinizmi?

Milli.Az xəbər verir ki, ABŞ-ın Çikaqo ştatından 3 tədqiqatçı bu mövzuda 6 illik təcrübələri nəzərdən keçirib.

Məlum olub ki, antidepressantlardan uzun müddət istifadə edən bir insan anidən dərmanı qəbul etməyi dayandırdıqda baş ağrısı, yuxusuzluq, təşviş, ishal, narahatlıq, yorğunluq və qrip kimi simptomlar özünü birüzə verir.

Tədqiqatçılar həkimlərin terapiya əvəzinə xəstələrə birbaşa dərman müalicəsi tətbiqinin doğru olmadığını və antidepressantların insan sağlamlığını təhlükəyə atdığını bildiriblər. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/828419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR