Azərbaycanda koronavirusla bağlı

TƏBİB Azərbaycanda koronavirusla bağlı aprelin 12-nə olan statistik göstəriciləri açıqlayıb.

Metbuat.az xəbər verir ki, bununla bağlı qurum “Facebook” səhifəsində stenoqram paylaşıb.

Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 000 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 66 667 test aparılıb.

Hazırda 837 aktiv yoluxmuş xəstə var ki, onlardan 13 nəfəri reanimasiyadadır və iki nəfəri isə süni nəfəs aparatına qoşulub.

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 40 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 098 yoluxma aşkarlanıb. Xəstəliyə yoluxanlardan 250-i sağalıb, 11-i ölüb. Hazırda aktiv xəstə sayı 837-dir.

Fotoğraf açıklaması yok.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR