Daha bir məşhur koronavirusdan öldü - FOTO

Daha bir məşhur koronavirusdan öldü - FOTO
09:57 13 Aprel 2020
146 Maraqlı
Ölkə mətbuatı
A- A+

Daha bir məşhur koronavirusun qurbanı olub.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, britaniyalı komediya aktyoru Tim Bruk Teylor ( Tim Brooke Taylor ) koronavirusdan ölüb.

79 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.

O, uzun müddət "BBC Radio 4"də aparıcılıq edib və 1970-ci illərdə TV-də "The Goodies" verilişini aparıb.

Qeyd edək ki, bugünkü statistikaya görə Britaniyada 84279 nəfərdə koronavirus aşkarlanıb. 10612 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

Emin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/841460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR