İtaliyada sutka ərzində ölənlərin sayı uzun müddətdən sonra aşağı düşüb

İtaliyada yeni növ koronavirusdan ölənlərin sayı martın 19-dan bu yana ilk dəfə 500-dən aşağı olub.

Metbuat.az xəbər verir ki, ölkədə son bir sutka ərzində 431 nəfər koronavirus səbəbindən həyatını itirib. Sonuncu dəfə martın 19-da virusdan ölənlərin sayı 500-dən az olmuşdu. Həmçinin son sutka ərzində 1984 yeni yoluxma halı qeydə alınıb, 100 mindən çox insan isə xəstəxanalarda müalicə alır.

Qeyd edək ki, ölkədə 156 mindən çox yoluxma qeydə alınıb, ölənləri sayı isə 19 min 900-dür.

Mənbə: HaberGlobal


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR