Qadının əri və oğlu koronavirusdan öldü - "Dərdimi izah edə biləcək sözlər tapmaq çətindir" - FOTO

Qadının əri və oğlu koronavirusdan öldü - "Dərdimi izah edə biləcək sözlər tapmaq çətindir" - FOTO
12:12 13 Aprel 2020
118 Dünya
Ölkə mətbuatı
A- A+

Qadın bir neçə gün fərqlə ərini və oğlunu koronavirusdan itirib.

Milli.Az nypost-a istinadla xəbər verir ki, ABŞ-ın Miçiqan ştatında yaşayan Sandy Brown adlı qadının ailəsində faciə yaşanıb.

O, 3 gün ərzində ərini və tək övladı olan oğlunu itirib.

"Mənim dərdimi anlada biləcək sözlər tapmaq çətindir. Bu təsvirolunmaz ağrıdır", - qadın the Detroit News-a söyləyib.

Əvvəlcə onun 59 yaşlı əri mart ayının ortalarında özünü pis hiss etməyə başlayıb.  Onda koronavirusun əlamətləri aşkarlanıb.

Ascension Genesys Hospital-a yatırılan kişi böyrək çatışmazlığı olduğundan komaya düşüb. Onun həyatını xilas etmək mümkün olmayıb.

3 gün sonra isə qadının astma xəstəliyindən əziyyət çəkən oğlu koronavirusun qurbanı olub.

Qeyd edək ki, bugünkü statistikaya görə ABŞ-da 560433 nəfər koronavirusa yoluxub. Ölənlərin sayı 22 mini keçib.

Emin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/841464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR