Əfqanıstanda 350-dən çox "Taliban" üzvü həbsdən azad edildi

Əfqanıstanda 350-dən çox "Taliban" üzvü həbsdən azad edildi
12:37 13 Aprel 2020
213 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstan hökuməti 361 "Taliban" üzvünü həbsdən azad edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənnin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi deyib.

O bildirib ki, "Taliban" radikal hərəkatının 1500 üzvü azad edilənədək amnistiya mərhələli şəkildə davam edəcək.

Xatırladaq ki, fevralın sonlarında Qətərdə Əfqanıstan hökuməti ilə "Taliban" arasında sülh sazişi imzalanıb. Saziş xarici qoşunların 14 ay ərzində Əfqanıstandan çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/841494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR