21 yaşlı bağça müəllimi koronavirusdan öldü - FOTO

21 yaşlı bağça müəllimi koronavirusdan öldü - FOTO
12:42 13 Aprel 2020
146 Dünya
Ölkə mətbuatı
A- A+

21 yaşlı bağça müəllimi koronavirusun qurbanı olub.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, koronavirus testinin nəticəsi müsbət çıxan 21 yaşlı Katie Horne ( Keyti Horn ) bu xəstəlikdən ölüb.

Londondakı "King's College Hospital"da ağciyər transplantasiyası gözləyən Keytinin həyatını xilas etmək mümkün olmayıb.

Qızın bacısı Emma bildirib ki, Keytinin ölümü Britaniyada xəstəliyi ciddiyə almayanlar üçün "oyan" zəngi olmalıdır.

Onun iddiasına görə, xəstə bacısı mexaniki ventilyator qurğusuna qoşulmadığına görə anidən dünyasını dəyişib.

Qeyd edək ki, bugünkü statistikaya görə, Britaniyada 84279 nəfərdə koronavirus aşkarlanıb. 10612 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

Emin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/841485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR