Azərbaycanda dəhşətli hadisədə ölən müəllimin FOTOSU

Azərbaycanda dəhşətli hadisədə ölən müəllimin FOTOSU
13:08 13 Aprel 2020
235 Ölkə
Ölkə mətbuatı
A- A+

2 gün əvvə Kürdəmir rayonunda baş verən ağır yol qəzasında vəfat edən 32 yaşlı sürücü müəllim olub.

Publika.az xəbər verir ki, Ağsu-Kürdəmir-Bəhramtəpə yolunun 31-ci kilometrliyində, rayonun Qaraqocalı kəndində İsmayılov Rahim Zöhrab oğlu idarə etdiyi BMW markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən onunla əks istiqamətdə hərəkətdə olan sürücü, rayon sakini, 1988-ci il təvəllüdlü Kərimov Rafət Şəfayət oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomaşının toqquşması nəticəsində vəfat edən ikinci avtomobilin sürücüsü rayonun ən qədim orta məktəbi olan Köhnəbazar məktəbinin müəllimi olub. Sürücü R.Kərimov aldığı xəsarətlərdən hadisə yerində keçinib.

BMW markalı avtomobildə sıxılıb qalmış sürücü İsmayılov Rahim Zöhrab oğlu isə FHN-nin Kürdəmir rayon şöbəsinin qəza xilasetmə xidmətinin əməkdaşlarının köməyi ilə avtomobildən çıxarılıb.

Bundan başqa hər iki avtomobildə olan digər sərnişinlər - 1970-ci il təvəllüdlü Kərimov Mübariz Paşa oğlu və 1991-ci il təvəllüdlü Rəsulov Hakim İlqar oğlu da müxtəlif növ ağır bədən xəsarətləri alaraq təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıblar.

Dəhşətli qəzada vəfat edən R.Kərimov yeni ailə qurubmuş və körpə övladı qalıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/310597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR