COVID-19 statistikası: ən çox ölüm bu yaş aralığındadır

COVID-19 statistikası: ən çox ölüm bu yaş aralığındadır
13:27 13 Aprel 2020
236 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da yeni tip koronavirusa yoluxaraq xəstəxanaya çatdırılan orta yaşlı (45-65) şəxslərin 10 faizinin dünyasını dəyişdiyi ortaya çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, səhiyyə sahəsində informasiya texnologiyaları təqdim edən "Allscripts" adlı şirkət ABŞ-da 43 ştatda COVID-19-a yoluxaraq xəstəxanaya çatdırılan 6479 xəstənin qeydiyyat sənədləri əsasında statistika hazırlayıb.

Statistikaya əsasən, ölkədə COVID-19-a yoluxaraq xəstəxanaya çatdırılan şəxslər arasında 55-64 yaş aralığı 21 faiz, 65-74 yaş aralığı 20 faiz, 20-44 yaş aralığı 19 faiz, 45-54 və 75-84 yaş aralığı isə 15 faiz təşkil edib.

Araşdırma nəticəsində, həmçinin xəstəxanaya çatdırılanlar arasında 20 yaşdan aşağı insanların cəmi iki faiz təşkil etdiyi bəlli olub.

Ölüm göstəriciləri

Xəstəxanaya çatdırılan şəxslər arasında ölüm faizlərinin yoxlanılması nəticəsində ən böyük göstərici 40 faizlə 85 yaşdan yuxarı xəstələrdə müşahidə olunub.

Bu yaş aralığını 23 faizlik göstərici ilə 65-74 yaşlı xəstələr izləyib.

Orta yaş olaraq qəbul edilən 45-65 yaşlı xəstələrin isə 10 faizi xəstəliyə müqavimət göstərə bilməyərək dünyasını dəyişib.

20 yaşdan aşağı xəstələrdə ölüm faizi birə, 20-45 yaş aralığındakı şəxslərdə isə dörd faizə bərabər olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/841579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR