Bu il Azərbaycanda boşanmaq istəyən 63 cütlük barışdırıldı

Bu il Azərbaycanda boşanmaq istəyən 63 cütlük barışdırıldı
14:03 13 Aprel 2020
164 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il ərzində Azərbaycanda boşanmaq istəyən zaman barışdırılan cütlüklərin sayı açıqlanıb.

Bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Qeydiyyat şöbələri tərəfindən ümumilikdə nikahın pozulması haqqında müraciət edənlərdən yanvar ayında 324, fevral ayında 278 şəxs psixoloqla söhbətə cəlb olunmuş və nəticədə onlardan yanvar ayında 50-i (25 cütlük), fevral ayında isə 76-ı (38 cütlük) nikahın pozulmasından imtina edib.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayında qeydiyyat şöbələrində 1 467, fevral ayında 1 493, mart ayında isə 980 nikahın pozulması dövlət qeydiyyatına alınıb. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/310613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR