İran işğal olunmuş Qarabağa neft məhsulları göndərir? - VİDEO

İran işğal olunmuş Qarabağa neft məhsulları göndərir? - VİDEO
14:37 13 Aprel 2020
214 Ölkə
Ölkə mətbuatı
A- A+

İranın Dağlıq Qarabağa neft və neft məhsulları göndərdiyini əks etdirən videonu ermənilər özləri yayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Qarabağda yaşayan erməni fəal bunu kəskin tənqid də edib. Amma öz prizmasından...

Yaydığı videoda erməni bildirib ki, hazırda İrandan gələn yanacaq TIR-ları Xankəndidədir:

"Biz Xankəndidəyik və bu, faktdır: ucuz yanacaq, pul qazanırlar və virus gətirirlər. Bu, cinayət kolonudur..."

O, koronavirusun artıq Xankəndidə olduğunu və bunun qəsdən yayıldığını deyib. Daha sonra o, separatçı və terrorçu Saakyan və onun komandası əleyhinə ittihamlar səsləndirib.

Qeyd edək ki, bu videoda Azərbaycan üçün diqqəti çəkən məhz İran TIR-larının separatçılara ucuz yanacaq daşımasını əks etdirən faktlardır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/841616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR