Ən böyük maqnit quraşdırılır

Ən böyük maqnit quraşdırılır
21:37 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Hindistanda neytrinonun (yalnız zəif və qravitasiyalı əlaqədə iştirak edən neytral hissəciklər) tədqiqi üzrə yeraltı laboratoriyanın inşasına başlanıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, əsas sınaqlar çəkisi 50 min ton təşkil edən maqnit detektorunda - dünyanın nəhəng maqnitində aparılacaq. Maqnitin çəkisi Böyük Adron Kollayderinin ən böyük maqnitinin çəkisindən təxminən dörd dəfə ağırdır.
 
Hindistan neytrino rəsədxanasının əvvəlcədən Sinqara əyalətində yaradılması planlaşdırılsa da, sonradan ekoloqlar tərəfindən layihənin pələng və fillərin yaşadığı mühafizə olunan yerə yaxın olmasına görə onun həyata keçirilməsi məqsədəuyğun hesab edilməyib. Nəticədə rəsədxananın Hindistanın qədim Maduray şəhərinin 100 kilometrliyində Pottipuram kəndinin yaxınlığında İno dağının altında yerləşdirilməsi qərara alınıb.
 
Yerin 1,3 km dərinliyində yerləşəcək laboratoriya üç bölmədən ibarət olacaq. Ən böyük bölmədə (132 x 25 x 30 metr) neytrino detektoru quraşdırılacaq.
 
Layihənin vəzifəsi kosmik şüalandırma və Yer atmosferinin qarşılıqlı əlaqəsi zamanı yaranan neytrinonun izlənməsidir. Mağarada yerləşmə detektoru digər hissəciklər tərəfindən yaradılan səs-küydən qoruyacaq. Belə ki, səs qalın divarlardan keçdikcə azalacaq. Bundan başqa, laboratoriyanın ekvatorial mövqeyi alimlərə Günəşdən çıxan və Yer nüvəsinin içindən keçən neytrinonu izləməyə imkan verəcək.
 
Neytrinonun öyrənilməsində çətinlik onun elektromaqnit və güclü təsirlərdə iştirak etməməsindədir. Bu səbəbdən materiyaya reaksiya vermək üçün neytrino molekul ilə toqquşmalıdır. Bu hadisənin baş vermə ehtimalı hətta sıx neytrino axınında belə, çox azdır. Məhz buna görə neytrino ilə əlaqədar sınaqlara çox vaxt sərf olunur.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR