İran ermənilərə yardım göndərir ? - RƏSMİ CAVAB / VİDEO

İranın Azərbaycandakı səfirliyi İrana məxsus yük avtomobillərinin işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən video ilə bağlı yayımlanan xəbərlərə münasibət bildirib.

Metbuat.az Apa-ya istinadla xəbər verir ki, səfirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Tehran-Bakı əlaqələrinin hər tərəfli və geniş inkişafı astanasında düşmənlərimiz və əlaqələrimizin inkişafını istəməyən qüvvələr bu inkişaf prosesinin qarşısını almaq məqsədilə saxta video yayaraq, iki ölkə arasında mövcud olan yaxşı qonşuluq əlaqələrinə kölgə salmağa çalışırlar.

“Yayılan xəbərləri təkzib edərək Azərbaycan Respublikasının hörmətli xalqının diqqətinə çatdırırıq ki, İran İslam Respublikası Azərbaycan Respublikasının işğal olunmuş əraziləri ilə heç bir quru və hava gediş-gəlişinə malik deyil. Ermənilər keçən illər ərzində də bir video və ya selfi ilə iki ölkə arasında mövcud əlaqələri korlamağa çalışmışlar. Göründüyü kimi sözügedən saxta videoda yer və zaman məlum deyil və xəbər tamamilə saxtadır. Azərbaycan KİV-lərindən gözləntimiz budur ki, hər hansı bir xəbəri yaymazdan öncə bu xəbərin doğruluğunu dəqiqləşdirsinlər və etibarlı mənbələr olmadan xəbər yaymaqdan çəkinsinlər”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, İranın Dağlıq Qarabağa neft və neft məhsulları göndərdiyini əks etdirən videonu ermənilər özləri yayıb. Qarabağda yaşayan erməni fəal bunu kəskin tənqid də edib. Amma öz prizmasından... Yaydığı videoda erməni bildirib ki, hazırda İrandan gələn yanacaq TIR-ları Xankəndidədir:

“Biz Xankəndidəyik və bu, faktdır: ucuz yanacaq, pul qazanırlar və virus gətirirlər. Bu, cinayət kolonudur...”

Həmin video görüntünü təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR