Nazirlikdən birdəfəlik ödəmə ilə bağlı VƏTƏNDAŞLARA ÇAĞIRIŞ - FOTO

Nazirlikdən birdəfəlik ödəmə ilə bağlı VƏTƏNDAŞLARA ÇAĞIRIŞ - FOTO
16:53 13 Aprel 2020
451 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər işsiz şəxslərə birdəfəlik ödəmə ilə bağlı qeydiyyatdan keçmələri üçün guya yardım etmək məqsədilə bir neçə sosial şəbəkə səhifəsi vasitəsilə fəaliyyət göstərilməsi müşahidə olunur.

Publika.az xəbər verir ki, bu barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib ki, bu səhifələr işini və qazancını itirmiş vətəndaşlara onlayn müraciət edilməsində ödəniş müqabilində öz xidmətlərini təklif edirlər: "Sizə bunu əks etdirən bir neçə şəkli təqdim edirəm. İşini və qazancını itirmiş əhali qrupuna sosial dəstək üçün nəzərdə tutulan tədbir üzərindən qazanc, mənfəət əldə etmək meyllərini qəti şəkildə pisləyirik.

Bildiririk ki, bu cür fəaliyyətlərini davam etdirəcəkləri halda onlar barədə toplanmış məlumatlar hüquq mühafizə orqanlarına təqdim ediləcək. Vətəndaşları isə belə fırıldaqçılara aldanmamağa çağırırıq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/310635.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR