Vətəndaşlardan alınan cərimələr bu fonda yönəldilir -

Xüsusi karantin rejiminin pozulmasına görə cərimələrdən gələn vəsait koronavirusla mübarizə fonduna yönəldilir. Cərimələr qərar əsasında vətəndaşa təqdim edilmiş hesaba ödənilir. Əgər vətəndaş qanun pozuntusuna təkrar yol verərsə, məsələ məhkəmə qərarı ilə həll olunur.

Metbuat.az xəbər verir ki, bunu açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, məhkəmə hakiminin qərarı əsasında vətəndaşın qanun pozuntusunu il ərzində təkrar törətməsi ağırlaşdırıcı hal kimi qəbul edilir:

"Bu zaman şəxsə 200 manat məbləğində cərimə də tətbiq edilə bilər. Yaxud bir ayadək müddətə inzibati həbs cəzası da tətbiq oluna bilər. Cərimənin məbləği 100 manat 200 manatadəkdir".

Kamran Əliyev qeyd edib ki, vətəndaşlar protokolun nömrəsini daxil edib,cərimələri onlayn formada, yaxud ödəniş terminalları vasitəsilə ödəyə bilərlər.(Telegraf)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR