Yaşlanmanın qarşısını alan ferment tapıldı

Yaşlanmanın qarşısını alan ferment tapıldı
20:22 13 Aprel 2020
202 Maraqlı
Ölkə mətbuatı
A- A+

Alimlər heyvanların bağırsaqlarında qocalmanın və zəifliyin qarşısını ala biləcək unikal ferment tapıb.

Milli.Az xəbər verir ki, bu fermentin tədqiqi Massaçusets Tibb Mərkəzində mütəxəssislər tərəfindən aparılır. Ekspertlər iddia edir ki, fermentin öyrənilməsi əbədi gənclik iksirinin tapılmasına və ömrün uzanmasına gətirib çıxara bilər.

Bu gün tibbdə qəbul olunub ki, insanın qocalmasını sürətləndirən iki amil var var: iki növ bağırsaq pozğunluğu. Hər şeydən əvvəl bu, mədə-bağırsaq disfunksiyası və xroniki bağırsaq iltihabıdır. Onlar insanın qocalmasında əsas rol oynayır, lakin bu prosesin dəqiq tənzimlənməsi alimlər üçün sirr olaraq qalır.

Riçard Hodinin başçılıq etdiyi tədqiqat qrupu bu tapmacanın əhəmiyyətli hissəsini aşkar edib. Mütəxəssislər siçanların bağırsaqlarını araşdıranda bağırsaq və sistematik iltihabın qarşısını alan inanılmaz ferment tapıb. Heyvan modellərinə əsaslanaraq ekspertlər mədə-bağırsaq traktından qaraciyərə və sonra bədənin qalan hissəsinə axan venoz sistemi yoxlayıb.

Bu ferment zəifliyin inkişaf etməməsinə və ömrün artmasına kömək edir. Fermentin özəlliyi ondadır ki, bağırsaq bakteriyalarının tərkibini sabit saxlaya və yaşlanmaya aparan iltihablı prosesləri idarə edə bilir. Fermentin çoxdan elmə məlum olmasına baxmayaraq, əvvəllər belə funksiyası öyrənilməyib. O bədənin hər yerinə yayılmır, ancaq bağırsaqlarda olur. İnsanlar üçün bu, toksik deyil və əgər bağırsaqlarda onun tərkibi azdırsa, dərmanlar lazımi səviyyəyə çatdıra bilər.

Beləliklə, fermentin düzgün "dozası" bağırsaqlarda iltihablı proseslərin dayanmasına, o cümlədən piylənmə və şəkərli diabetdən qurtulmağa gətirib çıxaracaq./Publika.az

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/841658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR