Yaponiya yüksək dərəcəli spirtli içkiləri dezinfeksiya vasitəsi kimi tanıdı

Yaponiya yüksək dərəcəli spirtli içkiləri dezinfeksiya vasitəsi kimi tanıdı
20:42 13 Aprel 2020
209 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi yüksək dərəcəli spirtli içkiləri koronavirusun yayılması ilə əlaqədar dezinfeksiya vasitəsi qismində tövsiyə edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tövsiyə standart dezinfeksiya vasitələrinin qıtlığı ilə üzləşən tibb müəssisələrinə şamil edilir.

Qeyd olunur ki, dezinfeksiya vasitəsi kimi tərkibində 70-83 faiz spirt olan içkilər qəbul edilir.

Eyni zamanda nazirlik ev şəraitində əlləri səylə yumağı tövsiyə edib.

Yaponiyada bu günədək 7 370 nəfər koronavirusa yoluxub, 123 nəfər həyatını itirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/841551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR