Hər səhər bir qaşıq yağla özünü necə müalicə etdi? - EKSPERİMENTİN NƏTİCƏSİ

Hər səhər bir qaşıq yağla özünü necə müalicə etdi? - EKSPERİMENTİN NƏTİCƏSİ
23:27 13 Aprel 2020
91 Ölkə
Ölkə mətbuatı
A- A+

30 il bundan öncə hələ Sovet illərində qəzet və televiziyada bir neçə həkim,xalq təbabəti bilicisi rafinəolunmamış, yəni sənaye emalından keçməmiş günəbaxan yağı ilə 100 xəstəliyin müalicəsi barədə danışırdı və çox insanlar bu metodu sınamışdı.

Rafinə olunmamış günəxaban yağı qoxusu bir qədər tünd, kəskin olur, rəngi tünddür, satışda tapmaq olur. Keçmişdə perojki bişirənlər o yağı yaxşı tanıyır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu metodu bu yaxında yada salıb, özündə tətbiq edən şəxs nəticəsini bölüşüb. Eksperimentə 2 həftə vaxt gedib.

Bu metodun tarixi Hindistandan başlayır, 3000 il yaşı var. Ayurveda təliminə görə təmiz, orqanik bitki yağını ağızda saxlayıb sovurmaq lazımdır.

Prosedurun əhəmiyyəti odur ki, bu yağ ağız boşluğu, diş dibi, boğazda olan toksinləri, zəhərləri özünə toplayır. Bu zaman ağız suyu vəziləri ilə qan aktiv dövr edərək, yağa toksinləri ötürür.

Çində aparılan bir tədqiqatda sübut olunub ki, bir insanın ağzında saxladığı o yağda streptokokk, stafilakokk, herpes kimi virus və bakteriyalar tapılıb.

Necə etməli?

Bir xörək qaşığı rafinə olunmamış (bu mütləqdir) günəbaxan (başqa yağ olmaz) yağını səhər oyanan kimi acqarına ağızda udmadan saxlayıb, 15 dəqiqə sanki yaxalayırsız. Yəni yağ kütləsini ağız içində gəzdirirsiz.

Bu müddət ərzində yağdan bir miqdar təbiii ki, sovrulub gedəcək, azalacaq. Ağızda qalan hissə qatı ağappaq kütləyə çevrilir. O qalan hissəni udmadan tüpürürsüz. Sonra ağızı ilıq su ilə yaxalayıb tüpürürsüz. Proseduru gecə yatmazdan əvvəl də edə bilərsiz. Ağzınızdakı yağı unudub udmaq qəti olmaz.

Eksperimentin nəticəsi nə oldu?

10 gündən sonra hiss etdikləri: dişlərim təmizləndi,ağardı, diş əti sağlamlaşdı, qanamalar dayandı.

Tonzillit xəstəliyi var idi, o demək olar ki, yoxa çıxdı.

Əsəbləri sakitləşib, yuxusu normallaşıb

Ağciyərlərdən öskürəklə bəlğəm gəlməyə başladı

Bu proseduru etdikcə kimin altda yatan ağırlığı, ağrısı, xəstəliyi, xroniki problemi varsa, sanki üzə çıxır və zamanla bir qədər adamı narahat edir. Məsələn mənim belim, infeksiya ocaqlarım sanki oyandı və təmizlənməyə başladı, böyrəklərimdən qum gəldi. Bu bir qədər sizi qorxuda bilər. Təcrübələrə görə, belə reaksiya təbiidir, 1 ay davam edə bilər. Ona görə də bu metodu 1-2 aydan bir 10-12 gün təkrarlamaq lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/841489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR