Paris terrorçularından biri dəfn olundu

Paris terrorçularından biri dəfn olundu
21:47 17 Yanvar 2015
111 Dünya
Ölkə mətbuatı
A- A+

Yanvarın 17-də axşam saatlarında Fransanın Reyms şəhərində “Charlie Hebdo” satirik jurnalının Parisdəki redaksiyasına hücum həyata keçirəb Said Kuaşi dəfn olunub.

Milli.Az modern.az-a istinadən bildirir ki, şəhər rəhbərliyi hərhansı insidentdən yayınmaq üçün dəfn yerini gizli saxlayır. Ailə üzvlərinin bir neçəsinin iştirakı ilə keçirilən mərasimin polisin ciddi nəzarəti altında baş tutduğu bildirilir. Məlumatda qeyd edilir ki, hücumun ikinci iştirakçısı Şərif Kuaşi Paris yaxınlığındakı Jenvillye şəhərində olacaq.
 
Səid və Şərif Kuaşi qardaşlarının yanvarın 7-də gerçəkləşdirdiyi hücum zamanı 12 nəfər – jurnalın 10 əməkdaşı və 2 polis öldürülüb, 11 nəfər müxtəlif xəsarətlər alıb. Qardaşlar iki gün sonra Paris yaxınlığındakı şəhərlərdən birində məhv ediliblər.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR