“Galaxy A51” və “Galaxy A71” 5G-li oldu

“Galaxy A51” və “Galaxy A71” 5G-li oldu
07:12 14 Aprel 2020
145 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Samsung" şirkəti rəsmən "Galaxy A" seriyası üzrə smartfonların "5G" versiyasını ("A51 5G" və "A71 5G") təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Samsung Galaxy A51 5G" aparatı "5G" şəbəkələrini dəstəkləyən "Exynos 980" çipseti, 4 QB əməli və 128 QB daxili yaddaşla təchiz edilib. Smartfon 6,5 düymlük "Super AMOLED" displeyə malikdir. Ön kameranın təsvir ölçüsü 32 mp-dir. Arxa paneldə 4 sensordan ibarət kamera quraşdırılıb: 48 mp-lik əsas, 12 mp-lik genişbucaqlı, 5 mp-lik makroobyektiv və 5 mp-lik dərinlik datçiki.

Akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. Bu modelin qiyməti 499 dollar təşkil edəcək. "Galaxy A51 5G" aparatı 2020-ci ilin yayında satışa çıxarılacaq.

"Samsung Galaxy A71 5G" aparatı "Snapdragon 765" çipseti ilə təchiz edilib. Smartfon 6,7 düymlük "Super AMOLED" displeyə malikdir. Ön kameranın təsvir ölçüsü 32 mp-dir. Arxa paneldə 4 sensordan ibarət kamera yerləşir: 64 mp-lik əsas, 12 mp-lik super genişbucaqlı, 5 mp-lik makroobyektiv və 5 mp-lik dərinlik datçiki.

Akkumulyatorun tutumu 4500 milliamper/saatdır. 599 dollar məbləğində qiymətləndirilmiş "Galaxy A71 5G", həmçinin 2020-ci ilin yayında satışa çıxarılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/841081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR